Bakı Ağır Cinayətlər Məhkəməsində “Paradise Travel Group” MMC-nin rəhbəri Pərvin Quliyevanın cinayət işi üzrə məhkəmə tamamlanıb.
Hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub və o, 3 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı məhkəmədə Pərvin Quliyevanın 7 il 6 ay müddətinə həbs olunmasını tələb etmişdi.
İstintaq materiallarına görə, Quliyeva vətəndaşları ABŞ da daxil olmaqla müxtəlif xarici ölkələrə işə düzəltmək adı ilə aldadaraq ümumilikdə 73 min manat məbləğində vəsaiti mənimsəyib.
Məhkəmə nəticəsində ona Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.1-ci maddələri ilə ittiham elan edilib.