Pentaqon Yaxın Şərqdə yerləşən ABŞ hərbi qüvvələrinin sayının azalmasını və kontingentin yenidən yerləşdirilməsini müzakirə edir.
Müzakirələrin əsas səbəbi İran tərəfindən Birləşmiş Ştatların obyektlərinə endirilən zərbələrin həmin bazalardakı çatışmazlıqları və zəif nöqtələri ortaya çıxarmasıdır. Zədələnən infrastrukturun bərpası yerinə bəzi qoşunların regiondan qərbə, o cümlədən İordaniya, İsrail və ya Səudiyyə Ərəbistanı istiqamətinə köçürülməsi variantları qiymətləndirilir.
ABŞ Müdafiə Nazirliyi hələlik bu məsələdə yekun qərar qəbul etməyib.
Qeyd edək ki, “The Wall Street Journal” nəşri İranın hücumlarının ABŞ-a təxminən 13 milyard dollar zərər vurduğunu yazıb. Fevraldan başlayaraq Tehran tərəfdən ABŞ hərbi bazalarına 2 mindən çox raket və dron zərbəsi həyata keçirilib.