Rusiyanın Perm vilayətində azərbaycanlı diaspor rəhbərlərindən biri həbs edilib.
Saxlanılan şəxsin Ruslan Məmmədov olduğu bildirilib. Məmmədovun orada meyvə-tərəvəz ticarəti ilə məşğul olduğu qeyd olunur.
Mənbələrə görə, o, 2018-ci ildə ölkədən deportasiya edilib. Sonradan adını dəyişərək yenidən Rusiyaya qayıtdığı və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu vurğulanır.
Həmin məlumatlarda deyilir ki, Məmmədov Perm sakininə qarşı açılmış cinayət işinin dayandırılması üçün təhlükəsizlik əməkdaşlarına pul təklif etməkdə ittiham olunur. Ona rüşvətxorlukda kömək etmək maddəsi ilə cinayət işi açılıb.
Hazırda Ruslan Məmmədov həbsdədir və iş üzrə araşdırmalar davam edir.