Fransalı yarımmüdafiəçi Pol Poqba ilə "Monako" klubu müqavilənin qarşılıqlı razılıq əsasında pozulması barədə razılığa gəlib.
Klub qərarı rəsmi saytında açıqlayıb. Razılaşma yeni mövsümün ilk rəsmi qarşılaşmasından əvvəl həyata keçirilib. 33 yaşlı futbolçunun müqaviləsi ilkin olaraq 2027-ci ilin iyununa qədər nəzərdə tutulmuşdu.
Tərəflər ortaq məxrəcə gələrək qeyd ediblər ki, əvvəlcədən qoyulan hədəflərə yalnız qismən nail olunub və bu səbəbdən əməkdaşlığı davam etdirməmək qərarı verilib.
Poqba klub rəhbərliyinə, komanda yoldaşlarına, bütün əməkdaşlara və ona dəstək göstərən azarkeşlərə təşəkkürünü bildirib: "Klubun prezidenti və rəhbərliyinə, komanda yoldaşlarıma, bütün əməkdaşlara və mənə inanan azarkeşlərə təşəkkür edirəm. Bu klubu və Knyazlığı təmsil etmək mənim üçün möhtəşəm təcrübə oldu. \"Monako\" xüsusi klubdur. Ümid etdiyim qədər çox oyun keçirə bilməsəm də, bu formanın rənglərini geyinmək imkanına görə həmişə minnətdar olacağam".
Poqba "Monako" forması ilə cəmi 6 oyunda meydana çıxıb və məhsuldar ötürmə və ya qol ilə yadda qalmayıb. O, bəzi matçlarda zədə səbəbindən iştirak edə bilməyib.
2018-ci il dünya çempionu olan Poqba 2025-ci ilin yayından etibarən "Monako"nun şərəfini qoruyurdu. O, əvvəlki dopinq məzuniyyətinin bitməsindən sonra azad agent statusunda klub ilə müqavilə imzalamışdı.