“Monako” klubu fransız yarımmüdafiəçi Pol Poqba ilə bağlanmış müqavilənin tərəflərin razılığı əsasında vaxtından əvvəl bitirildiyini açıqlayıb.

33 yaşlı oyunçu 2025-ci ilin iyunundan başlayaraq klubun ştatında yer almışdı və müqaviləsində 2027-ci ilin iyununa qədər müddət nəzərdə tutulmuşdu.

Poqba karyerası ərzində daha əvvəl “Mançester Yunayted” və “Yuventus” kimi klublarda çıxış edib. 2024-cü ildə antidopinq qaydasını pozduğuna görə ona dörd illik diskvalifikasiya tətbiq edilmiş, sonradan cəza müddəti on səkkiz aya endirilmişdi.

Fransa yığması ilə o, 2018-ci il Dünya Çempionatında qalib gəlib və finalda Xorvatiyaya qarşı keçirilən matçın nəticəsini 4:2 edən qolu vurub. Bundan əlavə, o, milli komanda ilə 2016-cı il Avropa çempionatında və 2021-ci il Millətlər Liqasında gümüş medalları qazanıb.