Polşanın Sanok şəhərində, Xalq Memarlığı Muzeyinin ərazisində yerləşən taxta katolik kilsəsi avqustun 16-da gecə saatlarında yanıb.

Podkarpatski bölgəsinin Dövlət Yanğından Mühafizə Xidməti bildirir ki, hadisəyə reaksiya olaraq 120 yanğınsöndürən cəlb edilib. Yanğın qonşu binalara yayılmasının qarşısı alınsa da, kilsəni xilas etmək mümkün olmayıb.

Muzeyin nümayəndələri kilsədə saxlanılan kolleksiyanın da yanğında xilas edilə bilmədiyini açıqlayıblar. Qeyd olunur ki, kilsə bu yaxınlarda bərpa edilmişdi.

Yanğının səbəbi hələ müəyyən edilməyib. Bu taxta kilsə Polşanın ən qədim kilsələrindən biri hesab edilirdi.