Misli Premyer Liqasında I tura yekun vurulub. Günün son matçında “Qarabağ” ilə “Şamaxı” üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirən qarşılaşma Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların hesabı 29-cu dəqiqədə Renaldo Sefasın qoluyla açılıb. Ev sahibi 44-cü dəqiqədə Edqar Adilxanovun vurduğu qolla oyuna bərabərlik gətirib.
İkinci hissədə 59-cu dəqiqədə “Şamaxı”nın futbolçusunun vurduğu top öz qapısına gedərək rəqib komanda üçün üstünlük yaradıb. 85-ci dəqiqədə “Qarabağ”ın legioneri Aleksey Kaşuk matçın son nəticəsini müəyyənləşdirib.
Turun əvvəlki oyunlarında