Bərdə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. İlkin məlumatlara görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisənin başvermə səbəbləri və xəsarət alanların dəqiq sayı hazırda dəqiqləşdirilir. Əraziyə aidiyyəti qurumlar və müvafiq xidmətlər cəlb olunub və araşdırma aparılır.