Misli Premyer Liqasının I turunda keçirilən oyunlardan biri Masazırda baş tutub.
Günün ikinci matçında "Sabah" komandası evdə "Kəpəz"i qəbul edib. Bank Respublika Arena-da oynanan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 72-ci dəqiqədə Coy-Lens Mikels penaltidən dəqiq zərbə ilə açıb. Oyunun sonuna əlavə olunan vaxtda, 90+1-ci dəqiqədə Xander Severina "Sabah"ın ikinci qolunu vuraraq nəticəni müəyyənləşdirib.
Günün ilk görüşündə isə "Araz-Naxçıvan" və "İmişli" komandaları arasında heç-heçə qeydə alınıb.
Turun açılış qarşılaşmasında "Turan Tovuz" "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etmişdi. İlk turun digər oyunları avqustun 16-17-də keçiriləcək.