Misli Premyer Liqasının açılış matçında Zirə komandası Zirə İdman Kompleksinin stadionunda Şəfayı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

Meydanda çıxış edən Rəşad Sadıqovun çalışdırdığı kollektivdə matçın 41-ci dəqiqəsində Eren Aydın hesabı açıb. İkinci hissədə, 52-ci dəqiqədə İssa Cibrila komandasının ikinci qolunu vuraraq nəticəni müəyyənləşdirib.

Turnurun digər görüşlərində Turan Tovuz Qəbələni 1:0, Sabah Kəpəzi 2:0, Neftçi Sumqayıtı 3:1 hesabı ilə məğlub edib. Araz-Naxçıvanla İmişli arasındakı qarşılaşmada isə qol olmayıb.

Turun oyunları avqustun 17-də yekunlaşacaq.