İyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olan Prezident İlham Əliyev kənd sakini Əsəd Əsədovun evində qonaq olub.

Görüş zamanı ailənin kiçik üzvü Gülər dövlət başçısından traktor istədiyini söyləyib. Prezident həmin arzuya müsbət reaksiya verib.

Məlumatda bildirilir ki, bu günlərdə Əsədovlar ailəsinə traktor təqdim olunub və beləliklə, balaca Gülərin xahişi təmin edilmişdir.

Xatırladaq ki, bundan əvvəl Xocavənd rayonunun Xanoba kəndində keçirilən görüşdə Prezidentin qarşısında balaca Ayaz da “Kamaz” istəmiş və onun arzusu da yerinə yetirilmişdi.