Prezident İlham Əliyev Əziz Məmmədkərim oğlu Əliyevin 130 illiyinin qeyd edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda göstərilir ki, Səhiyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlamalı və onu icra etməlidir. Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etmək üçün məsuliyyət daşıyır.
Qeyd edilir ki, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyi 2027-ci ilin yanvar ayında tamam olacaq.