Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol"u təsdiq edib.

Bu qərarın qüvvəyə minməsi ilə bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Protokol qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Həmçinin, Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə rəsmi bildiriş göndərməlidir.