İyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev kənd sakini Əsəd Əsədovun evində qonaq olub.
Səfər zamanı ailənin kiçik üzvü Gülər dövlət başçısından traktor istədiyini bildirib. Dövlət rəhbəri uşağın xahişini diqqətdə saxlayıb.
Bu günlərdə Əsədovlar ailəsinə traktor təqdim olunub, beləliklə balaca Gülərin arzusuna uyğun addım atılıb.