Pskov Şəhər Məhkəməsi “Yabloko” partiyasının sədr müavini Lev Şlosberqi 11 il bir ay müddətinə azadlıqdan məhrum edib.

Şlosberq Rusiyada xarici agent kimi tanınır və “Rosfinmonitorinq” tərəfindən terrorçular və ekstremistlər siyahısına daxil edilib. Məhkəmə onu Rusiya Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirli bilinib: Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq və Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaq.

Prokuror əvvəlcə siyasətçiyə əlavə bir il həbs cəzası tətbiq edilməsini tələb etmişdi. Hökm əsasında Şlosberq həbs edilərək Pskovdakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır.

Məhkəmə onu həmçinin 420 saat ictimai işə məhkum edib.