Arsenalın hücumçusu Qabriel Martinelli "Qalatasaray"a keçmək niyyətində deyil.

Futbolçunun nümayəndələri London klubuna braziliyalının Türkiyədə karyerasını davam etdirmək variantını gözdən keçirmədiyini bildirib. Əvvəl yayılan məlumatlarda "Qalatasaray"ın Martinelli üçün 45 milyon avro təklif etdiyi bildirilmişdi.

Klub rəhbərliyi sərfəli təklif gəlsə oyunçunu satışa çıxarmağa hazır olduğunu bildirib, lakin cinah oyunçusu klubdan ayrılmaqda israrlı görünmür. Onun mövcud müqaviləsi 2027-ci ilin yayına qədərdir və sənəddə bir illik uzatma imkanı nəzərdə tutulub. Yeni kontrakt barədə hələ danışıqlar aparılmayıb.

Martinelli 2019-cu ildən "Arsenal"ın formasını geyinir və bu müddətdə 278 oyuna çıxaraq 62 qol vurub.