Avqustun 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti vətəndaş qəbulunu keçirib.
Qəbul zamanı vətəndaşların təqdim etdiyi müraciətlər diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.
Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşaması ilə bağlı tapşırıqlarının davamlı icra edildiyi qeyd olunub. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqət ilə izlədiyi və onun göstərişlərinə əsasən tədbirlərin görüldüyü vurğulanıb.
Komitə sədri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərinə uyğun olaraq, əvvəlcə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürüldüyünü bildirib.
Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmə prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərlə bağlı olub.