“Qalatasaray” Moskva “Lokomotiv”də çıxış edən yarımmüdafiəçi Aleksey Batrakovun transferi ilə bağlı rəsmi danışıqlara start verildiyini açıqlayıb.

Klubun mətbuat xidməti futbolçu və onun hazırkı komandası ilə transfer məsələsi üzrə danışıqların davam etdiyini təsdiqləyib.

Türkiyə mətbuatındakı məlumatlara görə, 20 yaşlı oyunçu tibbi müayinədən uğurla keçdikdən sonra “Qalatasaray”la müqavilə imzalayacaq.

Məlumata əsasən, transfer üçün 25 milyon avro ödənilməsi planlaşdırılır və müqavilədə əlavə olaraq 4 milyon avro məbləğində bonusların nəzərdə tutulduğu bildirilir. Batrakovla dörd illik anlaşma gözlənilir.

Karyerasına “Lokomotiv”in sistemində başlayan Batrakov həmin klubun əsas komandasında 84 matçda meydana çıxaraq 34 qol vurub və 23 məhsuldar ötürmə edib.