Qara dənizdə Türkiyəyə məxsus “Volqo-Balt 226” adlı yük gəmisinə dronla hücum edilib.
Hadisə nəticəsində heç bir heyət üzvü xəsarət almayıb. Gəminin göyərtəsində və kabinələrində zərərlər meydana gəlib.
Heyət siyahısına görə, gəmidə 10 Azərbaycan və 1 Gürcüstan vətəndaşı xidmət edib.
Hücumdan sonra gəmi hərəkətini davam etdirərək Türkiyənin Trabzon limanına doğru üz tutub.