“Qarabağ” Futbol Klubu yarımmüdafiəçi Abdullah Zubirlə müqaviləyə xitam verildiyini açıqlayıb.

Klub bununla bağlı sosial media hesablarında paylaşım edərək 34 yaşlı oyunçunun komandaya verdiyi töhfələrə görə minnətdarlıq ifadə edib. Məlumatda Zubirin “Qarabağ”dakı illəri, meydandakı mübarizəsi, kapitanlıq rolu və qol töhfələri xüsusi qeyd edilib və ona təşəkkür olunub.

Rəsmi açıqlamada Zubirin karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcəyi bildirilib.

Abdullah Zubir 2018-ci ildən etibarən “Qarabağ”ın şərəfini qoruyurdu.