UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" klubuna qarşı ilk oyuna çıxacaq "Qarabağ" komandası bu gün Niderlanda səfərinə başlayıb.
Komanda Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxaraq Ensxede istiqamətinə hərəkət edib.
İlk qarşılaşma avqustun 20-də Ensxede şəhərində yerləşən "Grols Veste" stadionunda keçiriləcək və matç saat 22:00-da başlayacaq.
Cütlüyün cavab görüşü avqustun 27-də Bakıda təşkil ediləcək.