Qazax rayonunun Xanlıqlar kəndində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Səbəb kimi kənddə aşkarlanan qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işlərinin aparılması göstərilib. İşlər başa çatana qədər qazın verilişində fasilə olacaq.

Məlumatda qeyd olunub ki, fasilə avqustun 18-də saat 10:00-da başlayacaq və təmir işlərinin tamamlanması ilə əlaqədar müddət qeyri-müəyyən olacaq. Hadisə Şəmkir Regional Qaz İstismarı İdarəsinin nəzarəti altında yerinə yetiriləcək.