Qlobal enerji bazarlarında neft qiymətlərində azalma müşahidə edilir, bu tendensiya ABŞ-ın İrana qarşı nəzərdə tutulan yeni sanksiyaların təfərrüatının açıqlanacağı ərəfəyə təsadüf edir.
Bakı vaxtı ilə saat 09:05-də Londonun ICE birjasında oktyabr çatdırılmalı "Brent" fyuçersləri 1.31 dollar (1.39%) geriləyərək bir barel üçün 93.08 dollar səviyyəsinə enib. Əvvəlki ticarət sessiyasında isə "Brent" 0.61 dollar (0.65%) artaraq bir barel üçün 94.39 dollara çatmışdı.
Nyu-York Ticarət Birjasında (NYMEX) oktyabr çatdırılmalı WTI markalı xam neft fyuçersləri 1.42 dollar (1.63%) azalaraq bir barel üçün 85.64 dollara düşüb. Önki sessiyada WTI nefti 0.23 dollar (0.26%) artaraq bir barel üçün 87.06 dollar qiymətinə satılmışdı.