Qusar rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bədirqala kəndində Bakıdan anası ilə birlikdə kəndə qonaq gələn 4 yaşlı Yaqub Əliyev avtobusdan düşərək yolu keçməyə çalışıb.

O, həmin vaxt qarşısına çıxan “QazEl” markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan uşaq dərhal Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Tibbi müəssisədə göstərilən yardım nəticəsində onun həyatını xilas etmək mümkün olmayıb və uşaq dünyasını dəyişib.