Penitensiar Xidmət rəisinin müşaviri Rauf Qasımzadənin tutduğu posta görə azad edilməsi barədə rəsmi məlumat yayılıb.
Bildirilir ki, ədliyyə naziri Fərid Əhmədov onunla bağlı əmri imzalayıb.
Məlumata əsasən, Rauf Qasımzadə öz ərizəsi ilə xidmətdən getmək barədə qərar verib. Vəzifəsindən ayrılmasının əsas səbəbi digər dövlət qurumunda yüksək posta təyin olunması göstərilib.
Qasımzadə bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də və bir sıra digər dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.
Qeyd olunur ki, Rauf Qasımzadə Penitensiar Xidmətin sabiq rəisi, general Aydın Qasımovun oğludur.