Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin “RehaPoint” Ambulator Reabilitasiya Məntəqəsində əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri davam edir.
Məntəqə 2023-cü ilin dekabrının 1-də Qarabağ Regional DOST Mərkəzində işə başlayıb. Açılışdan bu yana burada ümumilikdə 4318 nəfər xidmətlə təmin edilmişdir.
Bölgə əhalisinin reabilitasiyaya ehtiyacı olan sakinləri ambulator rejimdə müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, həmçinin psixoloq və loqoped yardımı almaq imkanına malikdir.
Eyni zamanda, ötən dövrdə 415 əlilliyi olan şəxsə onların ehtiyaclarına uyğun olaraq 10 500-dən çox reabilitasiya vasitəsi təqdim edilib.
Məntəqədə aparılan fəaliyyət bu kateqoriyadan olan şəxslərin xidmətlərə əlçatanlığının artırılması istiqamətində davam etdirilir.