Kataloniya klubu rəsmi açıqlama ilə "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri ilə müqavilə bağlandığını elan edib.

Rəsmi sənədlər oyunçunun müqaviləsinin 2030-cu il iyunun 30-dək qüvvədə olacağını göstərir.

Transferin ümumi dəyərinin bonuslar daxil olmaqla 76,5 milyon avroya qədər çatacağı bildirilir. Əməliyyatın ilkin ödənişi 60 milyon avro təşkil edib.

30 yaşlı Rodri 2019-cu ildən bəri "Mançester Siti"nin şərəfini qoruyurdu.