Hacıqabul şəhərində qətl hadisəsi qeydə alınıb.

Hadisə İ. Qayıbov küçəsində, minik avtomobilinin içərisində baş verib. Orada olarkən Zeynəb Qocayeva boyun nahiyəsindən bıçaq xəsarəti alaraq ölüb.

Məlumata görə, zərərçəkənin qardaşı hadisəni törətməkdə şübhəli bilinərək könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.