Rusiyadan Ermənistana 26 vaqonlu buğda yükü Azərbaycan ərazisindən tranzitlə yola düşəcək
Rusiyadan Ermənistana tranzit kimi göndəriləcək 26 vaqonlu buğda yük qatarının Biləcəri çeşidləmə stansiyasından saat 17:00-da yola çıxması planlaşdırılır.
1 dəq oxunuş10 baxışMənbə: Yeni Sabah
Rusiyadan Ermənistana növbəti yük partiyası Azərbaycan ərazisindən tranzit olaraq göndəriləcək.
Planlaşdırılan yük qatarı 26 vaqondan ibarət buğda yükünü daşıyacaq və sertifikatlaşdırılmış nəqliyyat dəhlizi vasitəsilə qonşu ölkəyə çatdırılacaq.
Yük qatarının Biləcəri çeşidləmə stansiyasından saat 17:00-da hərəkətə başlaması nəzərdə tutulur.