Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti propan tədarükü həyata keçirilib.

24 avqustda yeddi vaqondan ibarət, ümumi çəkisi 242 ton olan propan yükü "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Daha əvvəlki göndərişlər çərçivəsində Rusiyadan Azərbaycandan tranzit yolu ilə Ermənistana 50 min tondan çox taxıl, təxminən 9 min ton gübrə, 1 172 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta çatdırılıb.

Bununla yanaşı, indiyədək Azərbaycandan Ermənistana təxminən 15 min ton dizel yanacağı və təqribən 5 min ton Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.