Avstriyada təlim-məşq toplanışında olan “Sabah” komandası ilk yoxlama oyununu keçirib.
Azərbaycan çempionu Rumıniyanın “Universitatya” təmsilçisi ilə qarşılaşıb və görüş 1:1 hesabı ilə yekunlaşıb.
Komandanın baş məşqçisi Valdas Dambrauskasın rəhbərliyi altında “Sabah” iyunun 28-də Macarıstanın “Ferentsvaroş” klubu, iyulun 2-də isə Ukraynanın “Polissya” komandası ilə yoxlama matçlarına çıxacaq.