UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Sabah" — "Orhus" cavab oyununun bütün biletləri tükənib.
Klubun mətbuat xidməti ölkə təmsilçisinin azarkeşlərinə müraciət edərək, stadion girişində sıxlığın yaranmaması və tribuna rahat keçidin təmin olunması üçün qarşılaşma başlanmazdan ən azı iki saat əvvəl meydana gəlməyi xahiş edib.
Görüş bu gün saat 20:00-da 8 700 tamaşaçı tutumuna malik "Bank Respublika Arena"da başlayacaq. Danimarkada təşkil olunan ilk oyunda "Orhus" səfərdə 2:1 hesabı ilə qalib gəlib.