UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu axşam bir sıra qarşılaşmalar oynanılır.

Azərbaycan təmsilçisi “Sabah” İsraildə “Hapoel Beer-Şeva” ilə üz-üzə gələcək. Görüş 19 avqust tarixində saat 23:00-da start götürəcək.

Matçın yayımlanması ilə bağlı olaraq azarkeşlərə məlum edilib ki, “Hapoel Beer-Şeva” – “Sabah” qarşılaşmasını İctimai Televiziya canlı olaraq təqdim edəcək.