Avqustun 9-dan 16-dək Özbəkistanın Daşkənd şəhərində təşkil edilən Beynəlxalq İnformatika Olimpiadasında (IOI-2026) Azərbaycan komandası uğurlu çıxış edib.

Milli komandamızın üzvlərindən 157 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Həsən Vəliyev, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü liseyin 10-cu sinif şagirdi Əkbər Əhmədov və Bakı Türk Anadolu liseyinin 11-ci sinif şagirdi Əhməd Qəmbərli bürünc medala layiq görülüblər.

Qeyd edilir ki, informatika üzrə milli yığmanın hazırlanmasında Azercell ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu arasında əməkdaşlıq 2017-ci ildən davam edir. Bu tərəfdaşlıq çərçivəsində əlavə hazırlıq dərsləri keçirilir, beynəlxalq yarışlara planlı hazırlıq prosesi təmin olunur və gənclərin proqramlaşdırma ilə bağlı bilikləri gücləndirilir.