Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları həyata keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 36 yaşlı İlkin Əbdürəhmanovu saxlayıblar.

Araşdırmalar zamanı onun üzərindən və ya aidiyyəti yerlərdən ümumilikdə 8 kiloqramdan artıq narkotik maddə aşkar edilərək götürülüb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.