Sabirabad rayonunun Zəngənə kəndi ərazisində qəsdən yanğın törətmə ilə bağlı aparılan araşdırma nəticəsində şübhəli şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalar göstərib ki, yanğını E.Məlikov törədib. Hadisə zamanı 40 hektardan artıq biçilmiş əkin sahəsi və kol-kos yanaraq zərər görüb.

Əməli törədən şəxsin barəsində hüquqi tədbirlər həyata keçirilir və məsuliyyətə cəlb olunub.