Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə rayonun Qarabağlı kəndində baş verib. Məlumata görə, kənd ərazisində hərəkətdə olan avtomobil yolu keçmək istəyən Sahil Əsgərlini vurub.
Yaralı piyada təcili tibbi yardım ilə xəstəxanaya çatdırılsa da, alınan xəsarətlər onu xilas etməyə imkan verməyib və o, orada vəfat edib.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.