Samux rayonunda 2014-cü il təvəllüdlü Mirmusa Musayev su kanalında batıb.
Hadisə Şəmkir Su Kanalının Samux rayonunun Qarabağlar kəndindən keçən hissəsində baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Hazırda xilasedicilər tərəfindən axtarış və xilasetmə işləri davam etdirilir. Rəsmi qurumlar hadisənin səbəbləri və nəticələri barədə əlavə məlumat verəcək.