Şanlıurfada bərpa işləri tamamlanan və muzey kimi fəaliyyətə başlayan mağaraya gələn ziyarətçilərin sayı gözləniləndən az olub.

Məkan müğənni İbrahim Tatlısəsin doğulduğu məkan olduğu iddiası ilə diqqət çəkir və bərpa edilərək muzeyə çevrilib.

Rəsmi məlumatlara görə, son iki il ərzində həmin mağaraya cəmi 250 nəfər baş çəkib.

Yerli bələdiyyə hələ muzeyin gələcəyi və onunla bağlı növbəti addımlar barədə qərar verməyib.