Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfada havanın hərarəti həyat tempinə təsir edib. Şəhərdə termometrlərin 46 dərəcəni göstərdiyi qeydə alınıb.

İstidən qorunmaq üçün vətəndaşların parklar və yaşıl zonalara üz tutduğu müşahidə olunub. Günəşdən əlavə qorunma məqsədilə bir sıra insanlar çətir və papaqlardan istifadə edib.

Yüksək temperaturun yaratdığı narahatlığı azaltmaq üçün şəhərdə avtobus dayanacaqlarındakı ventilyator sistemləri işə salınıb.

Güclü istilər bəzi məhəllələrdə nəqliyyat vasitələri ilə piyadaların hərəkətinin zəifləməsinə səbəb olub, nəticədə küçələrdə aktivliyin azaldığı bildirilib.