Türk aktyor və müğənni Selen Görgüzel Armağan Çağlayanın “Gör Beni” adlı YouTube proqramına qonaq olub və karyerası ilə bağlı düşüncələrini bölüşüb.

Sənətçi verilişdə sənayedə layiq olduğu qiyməti almadığını hiss etdiyini bildirib. Təcrübəsi və istedadına rəğmən kifayət qədər imkan əldə etmədiyini söyləyən Görgüzel, yaradıcılığının və rol təkliflərinin istədiyi səviyyədə olmadığını qeyd edib.

O, həmkarları arasında daha çox səhv edənlərin bəzən daha çox diqqət çəkdiyini iddia edib və bu durumun ona narahatlıq yaratdığını vurğulayıb.

Karyerasında dönüş nöqtəsi və peşmanlığı barədə danışan sənətçi “Mahallenin Muhtarları” serialında iştirak etdiyi dövrdə qarşısına əhəmiyyətli fürsətin çıxdığını, lakin sonradan etdiklərinin peşəkar inkişafına mane olduğunu bildirib.

Görgüzel xüsusi olaraq çox gənc yaşda ailə qurmasının karyerasına mənfi təsir göstərdiyini, həmin evliliyin irəliləyişinə əngəl yaradığını bildirib.

Bütün bu çətinliklərə baxmayaraq sənətçi mübarizəni davam etdirəcəyini və fəaliyyətini davam etdirəcəyini söyləyib.