Şəmkir rayonunda qəsdən olmayan atış nəticəsində ölüm hadisəsi qeydə alınıb.

Rayonun Dağ Daşbulaq kəndində 2012-ci il təvəllüdlü E. Cəfərovun ov tüfəngindən açılan atəşlə həlak olduğu məlum olub.

İlkin versiyaya görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib və fakt üzrə araşdırma aparılır.