Şəmkir rayonunda ağır hadisə qeydə alınıb.

Rayonun Dağ Daşbulaq kəndində yaşayan 2012-ci il təvəllüdlü E. Cəfərov ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma davam etdirilir.