Şəmkir rayonunun Dağ Daşbulaq kəndində 14 yaşlı yeniyetmənin öldüyü məlum olub.
Hadisə bu gün səhər saatlarında, təxminən saat 08:00 radələrində qeydə alınıb. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun meyiti yaşadığı evin qonaq otağında aşkar edilib.
Bildirilir ki, yeniyetmənin atası səhər evə gəldikdə oğlunu çağırsa da cavab almayıb. O, evə daxil olduqda övladının meyitini tapıb. Meyitin yaxınlığında valideynə məxsus ov tüfəngi və boş patron da aşkarlanıb.
İlkin versiyaya görə, azyaşlı tüfəngi götürüb təmizləmək istədiyi zaman silahdan atəş açılıb və nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.