21 avqust tarixinə Azərbaycanda sərhəd gömrük-keçid məntəqələrində canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.
Rusiya ilə sərhəddə yerləşən gömrük postlarında vəziyyət belədir: "Xanoba"da bir yük maşını, "Samur"da isə 134 yük nəqliyyat vasitəsi növbədədir.
Gürcüstan istiqamətində "Mazımqara" gömrük postunda 7 yük maşını növbə saxlayır, "Qırmızı Körpü"də isə növbədə olan yük nəqliyyat vasitələrinin sayı 700-ə çatıb.
İranla sərhəddə isə "Biləsuvar" gömrük postunda növbə müşahidə edilməyib, "Astara"da isə 52 yük nəqliyyat vasitəsi növbədədir.