Dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrində giriş və çıxış istiqamətində hazırda canlı növbədə duran yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.

Ümumilikdə 894 yük maşını sərhəd-keçid məntəqələrində növbədədir. Rusiya sərhədindəki “Xanoba” postunda 1, “Samur” postunda 134 TIR gözləyir. Gürcüstanla sərhəddə “Mazımqara” postunda 7, “Qırmızı Körpü” postunda 700, İranla sərhəddə “Astara” postunda isə 52 yük nəqliyyat vasitəsi növbədədir. “Biləsuvar” gömrük postunda növbə qeydə alınmayıb.

Sərhəddəki yük nəqliyyat vasitələrinin cari vəziyyətini Dövlət Gömrük Komitəsinin rəsmi saytından izləmək olar. Həmçinin çıxış postunu giriş zamanı əvvəlcədən seçmək mümkündür; çıxışda növbələr çoxdursa, gömrük əməkdaşlarına müraciət etməklə çıxış postunu dəyişmək təklif edilir.

Qeyd edilir ki, bir neçə gün öncə “Qırmızı Körpü” postunda günlərlə növbədə qalmış TIR sürücüləri narazılıqlarını ifadə etmişdilər.