ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının lideri Si Cinpinin yaxın günlərdə Ağ Evə gələcəyini təsdiqləyib.

Tramp jurnalistlərə bildirib ki, o, sentyabrın 24-də Si Cinpinlə görüşməyi gözləyir. Həmçinin sentyabr ayında Ağ Evdə, dekabr ayında isə G20 çərçivəsində əlavə görüşlərin keçiriləcəyi vurğulanıb.

ABŞ lideri noyabr ayında Çində təşkil olunacaq APEC sammitində də onların qarşılaşacağını qeyd edib.

Məlumata görə, Si Cinpin sentyabrın 23-ü axşam saatlarında ABŞ-a gələcək və səfərini sentyabrın 25-də başa vuraraq ölkəsinə qayıdacaq.