Şimali Makedoniyada Qərbi Nil virusuna yoluxma ilə əlaqədar dörd nəfər dünyasını dəyişib.
Paytaxt Skopyedə İnfeksion Xəstəliklər və Qızdırmalı Vəziyyətlər üzrə Universitet Klinikasının direktoru Fadil Cana ölkədəki vəziyyətlə bağlı mətbuata məlumat verib.
Onun məlumatına görə, hazırda klinikada 20 xəstənin müalicəsi davam edir və onlardan beşi reanimasiya şöbəsindədir. Eyni zamanda 15 xəstə sağalma nəticəsində klinikadan evə buraxılıb.
Virusdan həyatını itirənlərin yaşları 83, 76, 72 və 61 olaraq bildirilib.
Qeyd olunur ki, avqustun 12-də Skopye şəhərinin Kisela Voda, Qazi Baba, Aerodrom, Butel və İllinden bələdiyyələrində Qərbi Nil virusu ilə bağlı epidemiya elan edilib.