Bu ilin ilk yarısında Azərbaycanda 40 798 körpənin doğulduğu qeydə alınıb.

Rəsmi statistikaya görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 9-dan 8-ə enib.

Araşdırılan müddətdə ölüm hallarının sayı 30 625 nəfər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisi 5,8-dən 6-ya qalxıb.

Məlumatlarda bildirilir ki, 2025-ci ilin ilk yarısında 45 616 körpə doğulmuş, həmin dövrdə vəfat edənlərin sayı 29 400 nəfər olub.

Son illərin göstəricilərinə nəzər yetirildikdə, doğumların azalma tendensiyası aydın görünür. 2022-ci ilin ilk yarısında 61 234 körpə doğulmuşdusa, 2026-cı ilin eyni dövründə bu rəqəm 40 798-ə düşüb ki, bu da 2022 ilə müqayisədə təxminən 33,4 faiz azalmanı göstərir.

İllər üzrə ilk yarımillikdə doğulan körpələrin sayı belədir:

2022 — 61 234; 2023 — 53 918; 2024 — 48 702; 2025 — 45 616; 2026 — 40 798.