İndoneziyanın Sumatra adasından şimal istiqamətdə 6,8 maqnitudalı zəlzələ baş verib.

Hadisə ilə bağlı Alman Geoelmlər Araşdırma Mərkəzi (GFZ) məlumat yayıb.

Mərkəzin açıqlamasına görə, zəlzələnin ocağı 163 kilometr dərinlikdə yerləşib.

Qeyd olunur ki, bu təkanlar avqustun 15-i səhər saatlarında sahildə qeydə alınmış 7,7 maqnitudalı güclü yeraltı sarsıntılardan sonra baş verib.